Xalqlar Dostluğu Muzeyi — Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinin filialı kimi yaradılmış.

Muzeyin tarixi Xalqlar Dostluğu Muzeyi 1987-ci ildə Zəngilan rayonu Yuxarı Yeməzli kəndində fəaliyyətə başlamışdır. Muzeyi Yuxarı Yeməzli kəndində sovxozun idarə binasının 10–15 metrliyində yerləşirdi.

Muzey eksponatları Muzeydə 200 yaxın ekponat sərgilənirdi. Xalqlar dostluğunu simvolizə edən foto-şəkillər, Süsəndağında olan mağaradan tapılmış daş muncuqlar saxlanılırdı. Bu muncuqların bəzisi kobud şəkildə yumru, bəziləri isə cilalanmışdı. Xalqlar Dostluğu muzeyində müxtəlif növ xalçalar, kilimlər, palazlar, mis, gümüş qablar, xurcunlar, gümüş xəncərlər və digər eksponatlar qorunub saxlanılırdı.

Həmçinin bax Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi Daş Heykəllər Muzeyi

İstinadlar

Kateqoriya:Zəngilan rayonundakı muzeylər Kateqoriya:1987-ci ildə yaradılmış muzeylər