Goranboy Tarix-Diyarşünaslıq Muzeyi — Goranboy rayonunda yaradılmış muzey. Muzeyin tarixi Goranboy rayon Tarix-Diyarşünaslıq muzeyi 1981-ci ildən fəaliyyətə başlayıb. 2014-cü il dekabr ayında muzey yeni inzibati binaya köçürülmüşdür. Muzey Heydər Əliyev prospekti 5 ünvanında yerləşir. Muzey 1 mərtəbəli binadan ibarətdir: ekspozisiya zalı, fond otağı, işçi otağı və yardımçı otaq.

Muzeyin eksponatları Muzeyin ümumi sahəsi 954 kv.m-dir. Ekspozisiya sərgisinin sahəsi 167 kv.m, fond saxlama otağının sahəsi 56 kv.m-dir. Muzeydə keçmiş və müasir dövrümüzü əks etdirən 2658 ədəd eksponat qorunub saxlanılır. Eskpozisiya zalında 1600 çox eksponat nümayiş etdirilir. Muzey üç bölmədən ibarətdir: qədim, orta və müasir dövr. 2017-ci ildə muzeyin fonduna 58 ədəd əşya verilmişdir.

Həmçinin bax Azərbaycan muzeyləri

İstinadlar

Kateqoriya:Goranboy rayonu Kateqoriya:Azərbaycandakı tarix-diyarşünaslıq muzeyləri