Qaladan tapılan mücrü — rejissor Gülbəniz Əzimzadənin filmi.
Məzmun Filmdəki hadisələr Bakıda cərəyan edir. İki məktəbli dost — Mənsur (Kamran Şahmərdanov) və Ənvər (Ülvi Səfərov) xəzinə tapmaq arzusu ilə yaşayırdılar. Bir gün uşaqlar İçərişəhərin sökülüləri arasından içərisində qiymətli daş-qaş olan mücrü tapırlar. Lakin uşaqları güdən cinayətkarlar xəzinəni ələ keçirirlər. Uşaqlar bu barədə milisə məlumat verir və quldurların tutulmasında milis əməkdaşlarına köməklik göstərirlər.
Filmin yaradıcılarının ümdə məqsədi gənc tamaşaçılara vicdan, yoldaşlıq, fədakarlıq kimi məfhumlar barədə söhbət açmaq, xeyirlə şəri bir-birindən ayırmaqda onlara kömək etməkdən ibarətdir.
Festivallar və mükafatlar 1) 1983-cü ildə Gənc nəslin təlim-tərbiyəsində bu vacib problemin yaradıcılıqla işlənməsinə görə rejissor Gülbəniz Əzimzadəyə Özbəkistan Gənclər İttifaqı MK-nın Fəxri Fərmanı verilmişdir.
Film haqqında Film operator Ələkbər Muradovun quruluşçu operator kimi kinoda ilk işidir.
1983-1984-cü illərdə bu film digər Azərbaycan kinolentləri arasında Sovet İttifaqında tamaşaçı sayına görə (4 milyon 80 min nəfər) I yeri tutmuşdur.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Svetlana Qasımova, Semyon Listov Quruluşçu rejissor: Gülbəniz Əzimzadə Quruluşçu operator: Ələkbər Muradov, Valeri Kərimov Quruluşçu rəssam: Arif Əbdürrəhmanov Bəstəkar: Rauf Əliyev Səs operatoru: Akif Nuriyev Rejissor: Rafiq Dadaşov Operator: Ramiz Rzayev Geyim rəssamı: Nailə Cəfərova Qrim rəssamı: Berta Roqova Montaj edən: Lidiya Vyalsova İşıq ustası: K.Orucov Rejissor assistenti: A.Əliyev, Ş.Əliyev Operator assistenti: V.Romanov Rəssam assistenti: Y.Aqaronova, R.Paşazadə Quraşdırılmış səhnələrin operatoru: A.Hüseynov Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Sualtı çəkilişlərin rəhbəri: Vladimir Karpiçev Sualtı çəkilişlərin operatoru: Q.Zelenin Sualtı çəkilişlərin fotoqraf-rəssamı: Tofiq Kərimov Kaskadyor: A.Roşevoy, U.Veyspal, S.Qriqoryev Kaskadyor qrupunun rəhbəri: A.Filatov Məsləhətçi: Y.Kərimov (daxili xidmətlər polkovniki), K.Kərimov (Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü) Redaktor: Ədhəm Qulubəyov Dirijor: Yuri Serebryakov Filmin direktoru: Rimma Abdullayeva
Rollarda Kamran Şahmərdanov — Mənsur Ülvi Səfərov — Ənvər Samirə Qarayeva — Nərgiz Mikayıl Kərimov — kapitan İsrafilov İbrahim Əliyev — Həsən Həmzəyev Həsənağa Turabov — "qəyyum" Rahib Səfərəliyev — velosiped sürən Ağaəli Əliyev — Lütfi Rüxsarə Ağayeva — Aişə xala Fərqanə Quliyeva — qaraçı qız Tofiq Tağızadə — professor Fəxrəddin Manafov — Nuriyev V.Vəzirova R.Yaqubov Sona Mikayılova - ana Kazım Abdullayev — ata Şükufə Yusupova — qonşu Q.Quliyeva Oqtay Mirqasımov A.Əliyev Ağahüseyn Kərimov — zərgər Rafiq Əliyev Vladimir Yuryev Kamran Cəlalov A.Ağababayev Ç.Mehdiyev Q.Mehdiyev
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
İstinadlar
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1982-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Detektiv filmləri Kateqoriya:Azərbaycanın macəra filmləri Kateqoriya:Uşaq filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Mükafat alan Azərbaycan filmləri Kateqoriya:Gülbəniz Əzimzadənin filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin uşaq filmləri