Entoni Hopkins (; ) — ABŞ və Böyük Britaniya aktyoru. Həyatı Entoni Hopkins 1937-ci ildə Böyük Britaniyada, Uels qraflığının Port-Tolbot şəhərində anadan olmuşdur. 1963-cü ildə Kral dram incəsənəti akademiyasını bitirir. 1967-70-ci illərdə Britaniya milli teatrında fəaliyyət göstərir. Sonralar ABŞ-yə yollanır və kinolarda çəkilməyə başlayır.

1992-ci ildə "Quzuların sükutu" filmində yaratdığı kanibal-manyak obrazına göre "Oskar" mükafatına layiq görülmüşdür. "Oskar" mükafatı ilə yanaşı 3 dəfə "BAFTA", 2 dəfə "Emmy" və bir dəfə "Cecil B. DeMille" mükafatlarına layiq görülmüşdür.

Rejissor işinə isə 1995-cı ildə Anton Çexovun "Vanya əmi" əsərinin motivlərinə çəkdiyi "Avqust" filmini misal göstərmək olar.

1987-ci ildə Böyük Britaniya şahzadəsi Hopkinsi "Cəngavər" titulu ilə mükafatlandırır. Bu mükafat ona Böyük Britaniya incəsənətinə göstərdiyi misilisiz xidmətləri və onu bütün dünyada layiqliklə yaymasına görə verilir.

Filmləri

Ağ avtobus (1967) / The White Bus Qışda şir (1968) / The Lion in Winter Güzgü muharibəsi (1969) / The Looking Glass War Səkkiz zınqırov səslənəndə(1971) / When Eight Bells Toll Juggernaut (1974) / Juggernaut Fil adam (1980) / The Elephant Man Fəsillərin dəyişməsi (1980) / A Change of Seasons Mükafat (1984) / The Bounty Yaxşı ata (1985) / Good Father, The Ümidsiz saatlar (1990) / Desperate Hours Quzuların səssizliyi / The Silence of the Lambs Brem Stokerin Drakulası / Bram Stoker`s Dracula Çaplin (1992) / Chaplin Kölgələr ölkəsi (1993) / Shadowlands Payız əfsanələri (1994) / Legends of the Fall Son hədd (1997) / The Edge Amistad (1997) / Amistad Zorronun maskası (1998)/ The Mask of Zorro Tanış olun, Co Blək (1998) / Meet Joe Black İnstinkt (1998) / Instinct Hannibal (2001) / Hannibal Pis dostluq (2002) / Bad Company İsgəndər (2004) / Alexander Kral ordusu (2005) / All the King’s Men Hiçkok (2012) / Hitchcock

Rejissor

Dilan Tomas: Geriyə dönüş/ Dylan Thomas: Return Journey (1990) Avgust (1996)

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Britaniya aktyorları Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:Ən yaxşı kişi roluna görə Oskar mükafatı qalibləri Kateqoriya:Sesil B. De Mill mükafatı laureatları Kateqoriya:Britaniya rejissorları Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni komandorları Kateqoriya:Britaniya bəstəkarları