Hadisələr Oktyabr — Cabanı döyüşü baş vermişdir. Bu döyüş nəticəsində Səfəvilər qalib gəlmiş Şirvanşahlar məğlub olmuşdur. Ağqoyunlu hökmdarları Əlvənd Mirzə ilə Murad Mirzə arasında Əbhər sazişinin imzalanması və Ağqoyunlu dövlətinin rəsmən parçalanması prosesinin başa çatması.

Doğumlar 3 noyabr — Benvenuto Çellini: İntibah incəsənətinin son nümayəndəsi. Fatma Sultan: I Səlimin qızı. Hafsa Sultan: I Səlimin qızı. Mahidövran Sultan: Sultan Süleyman Qanuninin xanımı. Nikkolo Tartalya: İtalyan alim. Oşin Pyer Sayd: Sayd knyazlığının ikinci knyazı. U Çenen: Çin şairi.

Ölümlər

Bartolomeu Diaş: Portuqaliyalı dənizçi və səyyah. Əbu Səid Qansu: Misirin iyirmi üçüncü Məmlük sultanı. Hüseyn Baranlı: Qarabağ və Göyçə hakimi. Xədicə Həlimə Xatun: II Muradın hərəmi və Candaroğlu II Tacəddin İbrahiminin qızıdır. I Fərrux Yasar: Şirvanşahlar dövlətinin otuz altıncı hökmdarı. I Keyxosrov: Mesxeti atabəyliyi kökmdarı. Nikola Şyuke: Fransız riyaziyyatçısı.